İstehsalat obyektlərinin bina və qurğuları binanın və işıq fənərlərinin boyuna oxları meridiana 45º-dən 110º-yə qədər olan hüdudlarda yönəlməlidir.

Heftelik.az-ın məlumatına görə, bu, “Sənaye müəssisələrinin baş planları. Layihələndirmə normaları”nda əksini tapıb.

Binanın yerləşgələrinin aerasiyası üçün istifadə olunan boşluqlu divarların və aerasiya fənərlərinin boyuna oxlarını planda, ilin yay mövsümündə hakim küləklərin istiqamətinə perpendikulyar və ya 45º-dən az olmayan bucaq altında yönəltmək lazımdır.