Müəssisələrin ərazisinin tam şaquli planlaşdırması bütün ərazidə planlaşdırma işlərinin yerinə yetirilməsini nəzərdə tutur və torpaq sahəsinin tikinti əmsalı 50%-dən çox və sabit relyefli ərazilər olduqda tətbiq olunur.
Heftelik.az-ın məlumatına görə, bu, “Sənaye müəssisələrinin baş planları. Layihələndirmə normaları”nda əksini tapıb.
Digər hallarda torpaq sahəsinin müəyyən hissəsinin şaquli planlaşdırması (torpaq sahəsinin tikinti əmsalının 50%-ə qədər və ərazinin relyefinin kəskin mailliyinin 0,03-dən çox olması, qaya qruntlar, meşə və digər yaşıllıqların saxlanılması, əlverişsiz geoloji şərait) işləri yerinə yetirilməlidir.