Qaz kəmərləri müxtəlif təyinatlı kanal və ya tunellərlə kəsişdikdə kanal və ya tunellərin xarici divarlarından hər iki tərəfə 2 m məsafədə çıxan futlyarlarda yerləşdirilməlidir.

Heftelik.az-ın məlumatına görə, bu, “Sənaye müəssisələrinin baş planları. Layihələndirmə normaları”nda əksini tapıb.

Qaz kəmərləri kanal və tunellərin üzərindən və ya altından keçirilməlidir. Polad örtük boruya (futlyara) salınmış təzyiqi 0,6 MPa-a qədər olan qaz kəmərlərinin qaz sızmasını aşkar edən cihaz quraşdırılmış kanal və ya tunellərin daxilindən keçirilməsinə də yol verilir.