İstehsalat obyektlərinin, o cümlədən sənaye parklarında və sənaye klasterlərində yerləşən obyektlərin torpaq sahələrinin planlaşdırılmasında texnoloji əlaqələri, sanitariya-gigiyena və yanğın əleyhinə tələbləri, yük dövriyyəsi və nəqliyyatın növü nəzərə alınmaqla sənaye məhəllələrinin torpaq sahələrinin funksional-texnoloji zonalaşdırılması, obyektlərin öz aralarında, həmçinin obyektlər ilə yaşayış və digər zonalar arasında, səmərəli istehsalat, nəqliyyat və mühəndis əlaqələri və yaşayış məntəqələrinin yaşayış və digər ərazi zonalarına xidmət edən, analoji istehsalat və təsərrüfatlar daxil olmaqla, əsas və köməkçi istehsalat və təsərrüfat sahələrinin kooperasiyalaşdırılması nəzərdə tutulmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Sənaye müəssisələrinin baş planları. Layihələndirmə normaları”nda əksini tapıb.