Hesablama horizontu kimi, müdafiə təyinatli obyektlər üçün 100 ildə, digər obyektlər üçün 50 ildə, istismar müddəti 10 ilə qədər obyektlər üçün 10 ildə bir dəfə onu aşma ehtimalı ilə suyun ən yüksək səviyyəsi qəbul olunmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Sənaye müəssisələrinin baş planları. Layihələndirmə normaları”nda əksini tapıb.
Suyun səviyyəsi tez-tez artan torpaq sahələrində obyektlərin yerləşdirilməsinə subasmadan mühafizə üzrə zəruri qurğuların tikilmə şərti ilə yol verilir. Bu bəndin tələbləri istismar şərtlərinə əsasən qısamüddətli subasmalarına yol verilən obyektlərə, onların bina və qurğularına şamil edilmir.