Yanğın təhlükəsizliyi sahəsində müəssisələrin hüquqları məlum olub.
Heftelik.az-ın məlumatına görə, bu, “Yanğın təhlükəsizliyi haqqında” qanunda əksini tapıb.
Yanğın təhlükəsizliyi sahəsində müəssisələrin aşağıdakı hüquqları var:
– öz vəsaitləri hesabına saxladıqları yanğından mühafizə bölmələrini müəyyənləşdirilmiş qaydada yaratmaq, yenidən təşkil və ləğv etmək;
– müvafiq dövlət orqanlarına yanğın təhlükəsizliyinin təmin edilməsinə dair təkliflər vermək;
– müəssisələrdə yanğınların baş verməsi səbəblərinin müəyyən edilməsi və müvafiq tədbirlərin görülməsi sahəsində iş aparmaq
– yanğın təhlükəsizliyini təmin etməyin sosial və iqtisadi cəhətdən həvəsləndirilməsi tədbirlərini müəyyənləşdirmək;
– yanğın təhlükəsizliyi məsələlərinə dair məlumat almaq