Qar örtüyü 50 sm-dən və ya daşınan qarın miqdarı ildə ərazinin hər 1 metrinə 200 m3-dən çox olan ərazilərdə müəssisənin meydançasının birbaşa havalandırılması təmin edilməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Sənaye müəssisələrinin baş planları. Layihələndirmə normaları”nda əksini tapıb.
Bunun üçün əsas keçidlər, böyük binaların və fənərin uzununa oxları ilin qış mövsümündə hakim küləklərin istiqamətinə nəzərən 45º-dən çox olmayan bucaq altında yerləşdirilməlidir. Qumun küləklərlə sovrularaq geniş miqyasda yerdəyişdiyi ərazilərdə daha uzun və hündür binaları qumun sovrularaq yerdəyişdiyi axına perpendikulyar olmaqla meydançanın küləklənən tərəfinə doğru yerləşdirmək lazımdır, həmçinin yaşıllıq zolağı (eni 20 m-dən az olmamaqla) və ya qoruyucu sipərlər nəzərdə tutulmalıdır.