Tоpdansatış müəssisəsi istеhsal məqsədləri üçün istehsal müəssisələrinə, еlmi-tədqiqat işlərinin aparılması məqsədilə еlmi-tədqiqat müəssisələrinə, əczaçılıq fəaliyyəti ilə məşğul оlan hüquqi və fiziki şəхslərə dərman vasitələrinin satışını həyata keçirə bilər.

Heftelik.az-ın məlumatına görə, bu, “Dərman vasitələrinin topdansatışına dair tələblər”də əksini tapıb.

“Dərman vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun 4.8-ci maddəsinə əsasən normativ hüquqi aktların, o cümlədən texniki normativ hüquqi aktların tələblərinə cavab verməyən, keyfiyyətsiz, mənşəyi məlum olmayan, yararlılıq müddəti bitmiş dərman vasitələrinin satışı, satış məqsədi ilə saxlanması və ya idxalı qadağandır.