İşçi qulluq borcunun məsuliyyətini dərindən dərk etməlidir.

Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasının fövqəladə hallar orqanları işçilərinin etik davranış Qaydaları”nda əksini tapıb.

İşçi öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş səlahiyyətlər çərçivəsində və peşəkarlıq səviyyəsində yerinə yetirməyə borcludur. İşçi etik davranışı və öz peşəkar fəaliyyəti ilə hüquqi və fiziki şəxslərin fövqəladə hallar orqanlarına inamını artırmalı və möhkəmləndirməlidir. İşçi onun xidməti vəzifəsinə aid olmadığı hallarda, fövqəladə hallar və digər dövlət orqanlarının, onların rəhbərlərinin fəaliyyəti ilə əlaqədar (qanunsuz fəaliyyət istisna olmaqla) tənqidi ictimai mülahizələrdən, çıxışlardan və onların fəaliyyətinə ictimai qiymət verilməsindən çəkinməlidir.