Qeyri leqal yollarla gətirilən külli miqdarda olan narkotik vasitə əməliyyat nəticəsində zərərsizləşdirilib.

Həftəlik.az “Xəzər TV” yə istinadən xəbər verir ki, hadisə Bakı narkotiklərlə mübarizə idarəsinin əməkdaşlarının Lənkəranda başladığı əməliyyat Bakı şəhəri Sabunçu rayonu ərazisində başa çatıb.

Hadisədə təqsirli bilinən şəxs əvvəllər də məhkum olunmuş 31 yaşlı Əliyev Elgün tutularaq istintaqa cəlb olunub. Təqsirləndirilən şəxsin yaşadığı ünvandan və idarə etdiyi avtomobildən 36 kq-a yaxın tərkibi psixotrop maddələr ilə zəngin olan marixuana aşkarlanıb.

E. Əliyevin sözlərinə görə o, bunu iranlı şəxsdən əldə edib.

Hadisə ilə bağlı həbs qətimkan tədbirləri həyata keçirilib, araşdırmalar aparılır.