Nəqliyyat vasitələrinin və insanların keçidi nəzərdə tutulmuş ərazilərdən kənarda, sərbəst ərazidə alçaq dayaqlar üzərində çəkilən boruların yer səthindən onların altına (və ya onların izolyasiya səthinə) qədər hündürlüyünə dair tələblər məlum olub.
Heftelik.az-ın məlumatına görə, bu, “Sənaye müəssisələrinin baş planları. Layihələndirmə normaları”nda əksini tapıb.
Nəqliyyat vasitələrinin və insanların keçidi nəzərdə tutulmuş ərazilərdən kənarda, sərbəst ərazidə alçaq dayaqlar üzərində çəkilən boruların yer səthindən onların altına (və ya onların izolyasiya səthinə) qədər hündürlüyü aşağıdakılardan az olmayaraq qəbul olunmalıdır:
– boru qrupunun eni 1,5 m-dən az olduqda – 0,35 m;
– boru qrupunun eni 1,5 m və daha çox olduqda – 0,5 m.