Relyefin şaquli planlaşdırma layihəsi hazırlandıqda torpaq işlərinin ən kiçik həcmi və mənimsənən ərazinin hüdudlarında və kənarında qruntun minimal yerdəyişməsi nəzərdə tutulmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Sənaye müəssisələrinin baş planları. Layihələndirmə normaları”nda əksini tapıb.
Qruntun münbit layının götürülməsi, yığılması və müvəqqəti saxlanılması nəzərdə tutulmalıdır. Planlaşdırılmış ərazinin səthinin maillikləri 0,003-dən az və gil qruntlar üçün 0,05-dən, qumlu qruntlar üçün 0,03-dən, asanyuyulan qruntlar üçün (narın qum, lössvari qruntlar) 0,01-dən çox olmayaraq qəbul edilməlidir.