Lənkəranda sərnişin avtobusunun iştirakı ilə yol qəzası baş verib.
Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, qəza Lənkəran-Boradigah-Masallı yolunda, Lənkəran şəhəri ərazisində qeydə alınıb.
Sərnişin avtobusu “VAZ-2107” markalı avtomobilin üstünə aşıb.
TƏBİB-dən bildirilib ki, Lənkəran-Boradigah-Masallı yolunda, Lənkəran şəhəri ərazisində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində yanvarın 28-də saat 13:30 radələrindən başlayaraq 21 nəfər Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Bədənin müxtəlif nahiyələrinin travmaları diaqnozları qoyulan şəxslərin hər birinə zəruri tibbi xidmətlər göstərilir. Vəziyyətlərinə müvafiq olaraq müxtəlif şöbələrə yerləşdirilirlər.