Salyanda yol qəzası baş verib.
Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə Salyan rayonunun Şorsulu kəndində qeydə alınıb.
“VAZ” markalı avtomobillərin toqquşması nəticəsində 3 saylı Sabirabad Regional Meşə Təsərrüfatı Mərkəzinin Biləsuvar rayonu üzrə nümayəndəsi (meşəbəyi) Biləsuvar rayon sakini, 1967-ci il təvəllüdlü Qurbanov Mübaşir Əli oğlu və Mərkəzin digər əməkdaşı Şorsulu kənd sakini, 1962-ci il təvəllüdlü Əhmədov Mustafa Allahyar oğlu hadisə yerində ölüb.
Müxtəlif dərəcəli bədən xəsarətləri almış Quliyev Cəlal Ceyhun oğlu və Zeynalov Samid Eldəniz oğlu isə Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.