Bu il əhalinin sosial müavinət və təqaüd alan hissəsi üçün yeniliklər gözlənilir.
Prezident İlham Əliyev 23 Dekabr 2024 cü il sərəncamına əsasən sosial müavinətlər və təqaüdlərin artırılması ilə bağlı göstərişlər verib. Bunun üçün Nazirlər Kabinetinə 3 ay vaxt verilib. Təyin olunmuş vaxt ərzində Nazirlər kabineti bu barədə xüsusi təklifləri hazırlayıb Dövlət Başçısına təqdim etməlidir.
Həftəlik.az xəbər verir ki, Milli Məclisin deputatı Vüqar Bayramov “Xəzər TV”yə bildirib ki, mart ayı, xüsusilə də Novruz bayramı ərəfəsində bu barədə qərar təstiq olunmalıdır. Onun sözlərinə görə, Nazirlər kabineti təklifi hazırlayıb təhvil verdikdən sonra Ölkə Başçısının verdiyi qərara əsasən sözü gedən sahələr barədə olacaq artım məlum olacaqdır.
Müəllif: Türkan_zadə