Su soyutma qurğuları, bina və qurğular arasında məsafələr cədvəl 5.1-də göstərilənlərdən az olmayaraq qəbul edilməlidir.

Heftelik.az-ın məlumatına görə, bu, “Sənaye müəssisələrinin baş planları. Layihələndirmə normaları”nda əksini tapıb.

 

Cədvəl 5.1
Məsafələr, m
Çiləyici hovuzlara qədərQülləli su soyutma qurğularına qədərVentilyator seksiyalı su soyutma qurğularına qədərBinanın dam örtüyündə ventilyator seksiyalı su soyutma qurğularına qədər
1. Çiləyici hovuzlar3030
2. Qülləli su soyutma qurğuları300,5 D*, lakin

18-dən az olmayaraq

18
3. Yerüstü ventilyator seksiyalı su soyutma qurğuları 

30

 

15

 

9-24**

 

4. Binanın dam örtüyündə ventilyator seksiyalı su soyutma qurğuları 

 

 

 

5. Şaxtayadavamlı markası F25-dən az olmayan materiallardan olan divarlı binalar 

42

 

21

 

21

 

9

6. Açıq elektrik yarımstansiyalar və elektrik ötürücü xəttlər 

80

 

30

 

42

 

42

7. Açıq yerüstü anbarlar60212415
8. Hasarların yerüstü və yer səthindən yuxarı çəkilən kommunikasiyaları 

9

 

9

 

9

 

9

9. Xarici və çeşidləmə dəmir yolları oxu80426021
10. Daxili giriş dəmir yolları oxu3012***12***9***
11. Ümumi istifadəli avtomobil yollarının hərəkət hissəsinin kənarı 

60

 

21

 

39

 

9

12. Giriş və zavoddaxili avtomobil yollarının hərəkət hissəsinin kənarı 

21

 

9

 

9

 

9

*Giriş pəncərələri səviyyəsində su soyutma qurğularının diametri.

**Seksiyanın sahəsi 20 m2-ə qədər olduqda – 9 m, 20 m2-dən çox 100 m2-ə qədər olduqda – 15 m, 100 m2-dən çox 200 m2-ə qədər olduqda – 21 m, 200 m2-dən çox olduqda – 24 m.

***Soyutma qurğularında yanar qoruyucu konstruksiyalar tətbiq edildikdə məsafə 21 m-ə bərabər qəbul olunur.

Qeyd:

1.      1-4 bəndlərində göstərilən məsafələr birtipli su soyutma qurğuların sıralarının kənarları arasında məsafəyə bərabər qəbul edilir, bu halda çiləyici hovuzlar bir sırada yerləşdirilir.

Müxtəlif sahəli su soyutma qurğuları sıralarla yerləşdiyi hallarda sıralar arasında məsafə böyük sahəli soyutma qurğulardakı kimi qəbul olunur.

2. Birventilyatorlu su soyutma qurğularının sıraları arasındakı məsafə kommunikasiyaların yerləşmə şərtlərindən, lakin 15 m-dən az olmayaraq təmin olunmalıdir. Birventilyatorlu su soyutma qurğularından bina və qurğulara qədər məsafə qülləli su soyutma qurğuları üçün olduğu kimi qəbul olunur.

3. Qülləli su soyutma qurğuları üçün sıralar arasında məsafə onların sahəsi 3200 m2-ə qədər olduqda verilmişdir, sahə çox olduqda məsafə müvafiq əsaslandırma üzrə qəbul olunur.

4. Bir sıralı su soyutma qurğuları arasında məsafə aşağıdakı kimi qəbul olunmalıdır:

– qülləli su soyutma qurğuları üçün – bünövrə səviyyəsində su soyutma qurğusunun diametrinin 0,4-ü, lakin 12 m-dən az olmamaqla;

– yerüstü və binanın dam örtüyündə ventilyator seksiyalı su soyutma qurğuları üçün – 3 m;

– birventilyatorlu su soyutma qurğuları üçün – hava daxil olan pəncərələrin ikiqat hündürlüyü, lakin 3 m-dən az olmamaqla.

5. 7-ci bənddə göstərilən məsafələr istisna olunmaqla su ilə qarşılıqlı təsirdə partlayış təhlükəli maddə yaradan natrium, kalium, kalsium, karbid və digər materiallar olan anbarlar (talvarlar) üçün sahəsi 20 m2-ə qədər soyudan sahəsi üçün 40%-dən çox olmadan, soyudan sahə 20 m2-dən 100 m2-ə qədər olduqda 30%-dən çox olmadan, lakin bütün hallarda 6 m-dən az olmayaraq azaldılmasına yol verilir.

6. 2, 3, 8, 9 və 10-cu bəndlərdə göstərilən məsafələr havanın ən çox beşgünlük orta temperaturu mənfi 36º-dən aşağı olan rayonlarda 25% artırılmalıdır.

7. Şaxtayadavamlılığa görə markası F25-dən az materiallardan divarı olan binalar üçün divarların nəmlikdən və buzlaşmadan mühafizəsi nəzərdə tutulmalıdır.

8. Yenidən qurulan müəssisələrdə su soyutma qurğuları və həmçinin su soyutma qurğuları ilə bina və qurğular arasında məsafələrin 25%-dən çox olmayaraq azaldılmasına yol verilir.

9. Su soyutma qurğuları və bu su soyutma qurğularının xidməti üçün nəzərdə tutulmuş avtomobil yolları, yerüstü və yeraltı mühəndis şəbəkələri arasında məsafələr normalaşdırılmır.

10. 5-8 bəndlərində göstərilən məsafələr yalnız xarici havanın müsbət temperatur mövsümlərində su soyutma qurğularının iş şəraitində 25% azaldılmasına yol verilir.

11. Binanın dam örtüyündə yerləşən ventilyator seksiyalı su soyutma qurğularından bu binanın xarici divarlarına qədər məsafə normalaşdırılmır.

Ventilyator seksiyalı su soyutma qurğularından bu binanın yüksək hissəsinin divarına qədər məsafə 5-ci qeyd və ya 8 və 10 qeydləri nəzərə alınmaqla bu cədvəlin 5-ci bəndi üzrə qəbul olunur.

12. Məhsuldarlığı 100 m3/saat-a qədər olan su soyutma qurğularından minimal məsafə:

– şaxtayadavamlılıq üzrə markası F25-dən az olmayan materiallardan divarı olan bina və qurğulara qədər – 15 m;

– açıq transformator yarımstansiyalara qədər – 30 m;

– daxili dəmir yollarının oxuna, giriş və zavoddaxili avtomobil yolların hərəkət hissəsinin kənarına qədər – 6 m.

13. Çiləyici hovuzlar ətrafında eni 2,5 m-dən az olmayan suyun axmasını təmin edən mailli sukeçirməyən örtük nəzərdə tutulmalıdır.

14. Açıq durulduculardan bina və qurğulara qədər məsafə ventilyatorlu seksiyalı yerüstü su soyutma qurğuları üçün olduğu kimi qəbul olunmalıdır.

15. Qapalı tipli su soyutma qurğularına qədər məsafələr normalaşdırılmır.

16. Su soyutma qurğularından ayrılan rütubətin zərərli təsirindən işçilərin, istehsalat proseslərinin və konstruksiyaların mühafizəsi olan bina və qurğularına qədər məsafənin su soyutma qurğularının effektiv işini təmin etməklə azaldılmasına yol verilir.