Qohumunu qəsdən öldürməkdə şübhəli bilinən şəxs tutulub.

Abşeron rayon prokurorluğundann Heftelik.az-a verilən məlumata görə, yanvarın 30-u saat 13 radələrində rayon ərazisində 1987-ci il təvəllüdlü Türkan Abdurəhimovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırma zamanı 1967-ci il təvəllüdlü Şakir Rzayevin rayonun Masazır kəndi ərazisində bıçaqla xəsarətlər yetirərək qohumu Türkan Abdurəhimovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Şakir Rzayev iş üzrə şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam etdirilir.

Qeyd edək ki, Şakir Rzayev Türkan Abdurəhimovanın dayısıdır.