Dəmir yolları, hidravlik, konveyr nəqliyyatı və asma kanat yolları DÜİST 9238, TNvəQ 2.05.07-yə müvafiq olaraq layihələndirilməlidir.

Heftelik.az-ın məlumatına görə, bu, “Sənaye müəssisələrinin baş planları. Layihələndirmə normaları”nda əksini tapıb.

Avtomobil yolları və velosiped zolaqları TNvəQ 2.05.02-yə müvafiq layihələndirilməlidir. Layihənin tərkibində hazırlanan nəqliyyat sxemi, obyektlərin torpaq sahələrinin baş planları aşağıdakıları nəzərdə tutmalıdır:

  1. a) müxtəlif nəqliyyat növləri üçün nəqliyyat vasitə və qurğularının maksimum birləşdirilməsi (avtomobil və dəmir yollarının və ya avtomobil yolları və yol ötürücülərinin);
  2. b) digər məqsədlər üçün layihələndirilmiş qurğu və vasitələrin (su anbarlarının torpaq bəndləri, suburaxan qurğular) dəmir və avtomobil yollarının süni qurğuları və torpaq yatağı kimi istifadəsi;
  3. c) xarici nəqliyyat sxeminin inkişaf etdirilməsinin mümkünlüyü.