Sənaye məhəllələrinin yaradılması ilə bağlı tədbirlərin həyata keçirilməsi “Sənaye məhəllələrinin yaradılması və fəaliyyətinin təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı nəzərə alınmaqla yerinə yetirilməlidir.

Heftelik.az-ın məlumatına görə, bu, “Sənaye müəssisələrinin baş planları. Layihələndirmə normaları”nda əksini tapıb.

Obyektlərin, o cümlədən onların sənaye parklarında və ərazi sənaye klasterlərində yerləşdirilən obyektlərin torpaq sahələrinin planlaşdırılmasında tikinti rayonunun aşağıdakı təbiət xüsusiyyətləri nəzərə alınmalıdır:

– havanın temperaturu, həmçinin hakim küləklərin istiqaməti;

–  tikinti nəzərdə tutulan sahədə külək tutmayan tərəfdə təpələrin və ya relyefin yüksəkliklərinin olması səbəbindən qar yığınlarının olması.