İşçi pedaqoji fəaliyyətlə işlədiyi fövqəladə hallar orqanı rəhbərinin icazəsi ilə məşğul ola bilər, elmi və yaradıcılıq fəaliyyəti ilə məşğul olması barədə işlədiyi fövqəladə hallar orqanının rəhbərini əvvəlcədən məlumatlandırmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasının fövqəladə hallar orqanları işçilərinin etik davranış Qaydaları”nda əksini tapıb.
Qanunvericilikdə başqa hal nəzərdə tutulmayıbsa və bu, işçilərin funksiyalarının icrası ilə bir araya sığmayan deyilsə, işçi ictimai birliyə üzv olmaq hüququna malikdir.