II növ batan qrunt şəraitində planlaşdırılan səthin minimal maillikləri 0,005 qəbul edilməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Sənaye müəssisələrinin baş planları. Layihələndirmə normaları”nda əksini tapıb.
İstehsalat obyektləri yamacda və ya onun ətəyində yerləşdirildikdə ərazinin yuxarı tərəfdən subasmadan mühafizəsi məqsədilə dağüstü qanovlar qurulmalıdır. Dağüstü qanovların en kəsiyi və sayı AzDTN 2.11-2 və AzDTN 2.3-4-ə müvafiq hesablama ilə təyin edilməlidir.