ABŞ-da sərnişin təyyarəsi helikopterlə toqquşub.
Heftelik.az-ın CNN-ə istinadən verdiyi məlumata görə, hadisə Vaşinqtonun Reyqan Milli Hava Limanı yaxınlığında baş verib.
Göyərtəsində 60 sərnişin olan təyyarə göyərtəsində 3 hərbçinin olduğu “Blackhawk”helikopteri ilə toqquşaraq Potomak çayına düşüb.
Yalnız 4 nəfər sağ çıxarıla bilib. Hazırda sudan cəsədlər çıxarılır.