Rusiyanın Sverdlovsk vilayətinin Berezovski şəhərinin meri Yevgeni Pistsov seçkidə öz sürücüsünün həyat yoldaşına uduzub.

Heftelik.az-ın Lent.az-a istinadən verdiyi məlumata görə, səsvermə yanvarın 30-da keçirilib. 35 yaşlı Yuliya Maslakova deputatlardan 17 səs toplayıb. İndiki mer cəmi altı səs yığıb. İclasın əvvəlində Maslakova namizədliyini geri götürdüyünü elan etsə də, reqlament onun qəbul edilməsinə imkan verməyib.

Nəticədə qadın şəhərin başçısı seçilib.