Tikinti işləri aparılacaq sahədə, yerin təkində faydalı qazıntılar olmadığı halda obyektlərin inşası Fövqəladə Hallar Nazirliyi ilə razılaşdırılmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Sənaye müəssisələrinin baş planları. Layihələndirmə normaları”nda əksini tapıb.
İnkişaf edən təhlükəli geoloji və mühəndis-geoloji proseslər, sürüşmələr olan, dağ-mədən işlərinin, sel axınlarının və qar uçqunlarının təsirindən yer səthinin çökdüyü və ya dağıldığı (uçqun) sahələrdə obyektlərin yerləşdirilməsinə yol verilmir.