Boru kəmərlərinin dəmir yolu və tramvay xətləri ilə, həmçinin avtomobil yolları ilə kəsişmələri 90º bucaq altında nəzərdə tutulmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Sənaye müəssisələrinin baş planları. Layihələndirmə normaları”nda əksini tapıb.
Müəyyən hallarda əsaslandırılmaqla kəsişmə bucağının 45º-yə qədər azaldılmasına yol verilir. İstilik kəmərlərindən yoldəyişən tiyənin ucuna, çarpazın quyruqcuğuna və sorucu kabellərin relslərlə birləşmə yerlərinə qədər məsafələr – tramvay xətləri üçün 3 m-dən, dəmir yolları üçün 10 m-dən az olmayaraq qəbul olunmalıdır. Qaz kəmərləri üçün müvafiq məsafələr AzDTN 2.13-1-ə əsasən qəbul olunmalıdır.