Radiostansiyanın, xüsusi təyinatlı qurğuların yerləşdiyi rayonlarda obyektlər yerləşdirilərkən, layihələndirilən obyektlərlə həmin qurğular arasında olan məsafə TNvəQ II-11-in tələblərinə müvafiq qəbul edilməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Sənaye müəssisələrinin baş planları. Layihələndirmə normaları”nda əksini tapıb.
“Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə əsasən, təhlükə potensiallı obyektin tikintisi, genişləndirilməsi, yenidən qurulması, texniki cəhətdən yeniləşdirilməsi, konservasiyası və ləğv edilməsi prosesində layihə sənədlərindən kənara çıxma hallarına yol verilmir. Layihə sənədlərinə edilən dəyişikliklər Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi ilə razılaşdırılmalıdır.