Ümumi kanal və tunellərdə tezalışan və yanar maye boru kəmərlərinin təzyiqli su kəməri (yanğın əleyhinə su kəmərindən başqa) və təzyiqli kanalizasiya ilə birgə yerləşməsinə yol verilir.

Heftelik.az-ın məlumatına görə, bu, “Sənaye müəssisələrinin baş planları. Layihələndirmə normaları”nda əksini tapıb.

Yanğın-partlayış təhlükəli və zəhərli maddələr (mayelər) nəql edən boru kəmərlərinin yerləşdirilməsi üçün nəzərdə tutulan kanal və tunellərin ən azından hər 60 m-dən bir çıxışları olmalıdır.