Yarımqapalı həyətləri formalaşdıran binaların o halda tətbiq olunmasına yol verilir ki, bu zaman texnologiya və ya yenidənqurma şərtlərinə görə digər planlaşdırma həlli qəbul oluna bilməz.
Heftelik.az-ın məlumatına görə, bu, “Sənaye müəssisələrinin baş planları. Layihələndirmə normaları”nda əksini tapıb.
Yarımqapalı həyətlərin daha uzun tərəfi hakim küləklərin istiqamətinə paralel və ya həmin istiqamətə 45º-dən çox olmayan bucaq altında yerləşdirilməlidir, bu halda həyətin açıq tərəfi hakim küləklərin istiqamətinə yönəlməlidir.