Diametri 300 mm və az olan boru kəmərlərinin alçaq dayaqlarda yerləşdirilməsi şaqul üzrə iki və daha çox sırada, şəbəkə trasının enini maksimal azaldılmaqla nəzərdə tutulmalıdır.

Heftelik.az-ın məlumatına görə, bu, “Sənaye müəssisələrinin baş planları. Layihələndirmə normaları”nda əksini tapıb.

Yer səthindən yuxarı hündür dayaqlarda çəkilən boruların alt və ya izolyasiya səthinə qədər hündürlük aşağıdakı kimi qəbul olunmalıdır:

  1. a) insanların keçdiyi, lakin nəqliyyatın gedişi olmayan ərazi hissələrində – 2,2 m;
  2. b) avtomobil yolları (hərəkət hissəsinin örtüyünün üst səviyyəsindən) ilə kəsişmə yerlərində – 5 m;
  3. c) daxili dəmir yollarının və ümumi şəbəkə yolları ilə kəsişmə yerlərində DÜİST 9238-ə müvafiq;
  4. d) tramvay yollarının kəsişdiyi yerlərdə, relsin başlığından – 7,1 m;
  5. e) trolleybus kontakt xətti ilə kəsişmə yerlərində (yolun hərəkət hissəsinin örtüyünün üst səviyyəsindən) – 7,3 m;
  6. f) tezalışan, yanar maye və qaz nəql edən boru kəmərləri ilə əridilmiş çuqun və ya qaynar şlakın daşınması üçün daxili dəmir yollarının (rels başlığına qədər) kəsişmə yerlərində – 10 m; boru kəmərlərinin istilik mühafizəsi qurulduqda – 6 m.