Ağcabədidə baş vermiş partlayışla bağlı cinayət işi başlanıb.

Heftelik.az-ın xəbərinə görə, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, Ağcabədi rayonunun Hindarx qəsəbəsində baş verən partlayış nəticəsində 5 nəfər ölüb, onlardan 3-ü yetkinlik yaşına çatmayan şəxsdir:

1. Quliyev Şamiq Əfqan oğlu (1959);

2. Quliyev Bəhruz Şamiq oğlu (1983);

3. Məmmədli Məhəmməd Vidadi oğlu (2015);

4. Məmmədli Murad Vidadi oğlu (2018);

5. Quliyev Natiq Namiq oğlu (2018),

İki nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb:

1. Quliyeva (Məmmədova) Ülviyyə Şamiq qızı (1985);

2. Quliyeva Aysun Namiq qızı (2015).

Faktla bağlı Ağcabədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.2-ci (ehtiyatsızlıqdan iki və ya daha çox adam öldürmə) və 228.1-ci (qanunsuz olaraq döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

***

saat 13.17

Yanvarın 31-də saat 12 radələrində Ağcabədi rayonunun Hindarx qəsəbəsində yerləşən evlərdən birində 5 nəfərin ölməsi, 2 nəfərin yaralanması ilə nəticələnən parlayışın baş verməsinə dair rayon prokurorluğuna məlumat daxil olub.

Heftelik.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, hazırda prokurorluq əməkdaşları tərəfindən hadisə yeri müayinə olunur və digər zəruri prosessual hərəkətlər icra edilir.

Faktla bağlı Ağcabədi rayon prokurorluğunda araşdırma aparılır.

Partlayış nəticəsində ölənlərdən üçü azyaşlıdır.

Hadisə zamanı Fatimə Quliyeva, Bəhruz Quliyev, Məhəmməd Məmmədli, Murad Məmmədli, Şamil Quliyev həlak olub, Ülviyyə Məmmədli, Aysun Quliyeva, Natiq Quliyev isə yaralanıb.

Qeyd edək ki, evdə qumbara partlayıb.