Birbaşa torpaq altında çəkilmiş kabel xətlərinin relsli elektrik nəqliyyat yolları ilə kəsişməsi yolun oxuna nəzərən 75-90º bucaq altında nəzərdə tutulmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Sənaye müəssisələrinin baş planları. Layihələndirmə normaları”nda əksini tapıb.
Kəsişmə yerləri yoldəyişən tiyənin ucundan, çarpazın quyruqcuğundan və sorucu kabellərin relslərlə birləşmə yerlərindən dəmir yolları üçün 10 m-dən və tramvay yolları üçün 3 m-dən az olmayan məsafədə aralı olmalıdır. Yeraltı kabel xətlərinin hava kabellərinə keçidi hallarında tökmənin oturacağından və ya dəmir və avtomobil yollarının torpaq yatağının kənarından 3,5 m-dən az olmayan məsafədə səthə çıxmalıdır.