İstehsalat obyektləri ərazilərində bina və qurğular digər obyektlərin işçilərinə, texnoloji proseslərinə, xammal, avadanlıq və məhsullarına, həmçinin yaşayış məntəqəsi əhalisinin sağlamlığına və məişət həyat şəraitinə zərərli təsirlərin maksimal aradan qaldırılması nəzərə alınmaqla yerləşdirilməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Sənaye müəssisələrinin baş planları. Layihələndirmə normaları”nda əksini tapıb.
İnzibati və məişət binaları, ərazidə SN 245 üzrə I və II sinif sanitariya təhlükəliliyi olan zərərli maddələr ilə atmosfer havasını çirkləndirən mənbələr olduqda, bina və qurğulardan yaranan havanın dövretmə (aerodinamik kölgələr) zonasından kənarda yerləşdirilməlidir.