Müəssisələrin şlaktoplayıcı, tullantı yerlərinin (qalaqların) quraşdırılmasına bu tullantıların utilizasiyasının (zərərsizləşdirilməsi) mümkün olmadığı halda “Tullantılar haqqında” qanun nəzərə alınmaqla yol verilir, bu zaman TNvəQ 2.01.28-ə əsasən sənaye parkları və sənaye klasterləri üçün mərkəzləşdirilmiş (qrup halında) tullantı məntəqələri nəzərdə tutulmalıdır.

Heftelik.az-ın məlumatına görə, bu, “Sənaye müəssisələrinin baş planları. Layihələndirmə normaları”nda əksini tapıb.

Onlar üçün sahələr sanitariya-epidemioloji normalara əməl edilməklə AzDTN 2.11-1 üzrə yeraltı su mənbələrinin sanitariya-mühafizə zonalarının ikinci qurşağından və obyektlərin hüdudlarından kənarda yerləşdirilməlidir.