Funksional-texnoloji zonalaşdırma texnoloji əlaqələri əsasında vahid funksional təyinatlı bina və qurğuların diferensial şəkildə yerləşdirilməsi təmin olunmaqla istehsalat obyektinin torpaq sahəsinin planlaşdırılmasıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Sənaye müəssisələrinin baş planları. Layihələndirmə normaları”nda əksini tapıb.
İstehsalat obyekti sənaye və kənd təsərrüfat təyinatlı, o cümlədən anbarlar, mühəndis və nəqliyyat (dəmir yolu, avtomobil, çay, dəniz, hava və borukəməri nəqliyyatı) infrastrukturu obyektləri, rabitə və kommunal obyektlərdir.