İşçi Azərbaycan Respublikasının, fövqəladə hallar orqanlarının və bu orqanlarda qulluğun nüfuzunu möhkəmləndirməyə, öz adını, şərəf və ləyaqətini uca tutmağa borcludur.

Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasının fövqəladə hallar orqanları işçilərinin etik davranış Qaydaları”nda əksini tapıb.

İşçi etik davranış qaydalarının onun tərəfindən pozulması nəticələrini aradan qaldırmalı və ictimai etimadın bərpası üçün tədbirlər görməlidir. İşçi fövqəladə hallar orqanlarının və onların vəzifəli şəxslərinin fəaliyyəti barədə ictimaiyyəti məlumatlandıran media subyektlərin nümayəndələrinin qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada doğru (dürüst) məlumatlar almasına köməklik göstərməlidir.