İşçi xidmət (qulluq) etdiyi fövqəladə hallar orqanının sərəncamında olan məlumatların qanunvericiliklə müəyyən olunmuş qaydada əldə olunması və yayılması mümkünlüyünü təmin etməli, habelə xidməti informasiyanın təqdim edilməsi qaydalarına əməl etməlidir.

Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasının fövqəladə hallar orqanları işçilərinin etik davranış Qaydaları”nda əksini tapıb.

İşçi xidməti fəaliyyəti zamanı əldə etdiyi məlumatları şəxsi maraqları üçün istifadə edə bilməz. İşçi dövlət sirrini və qanunla mühafizə edilən digər sirri həmişə, o cümlədən, işdən çıxdıqdan sonra da saxlamalıdır.