İşçilərin məskunlaşma yerləri ilə obyektləri əlaqələndirən uzunluğu 2 km-dən çox olmayan avtomobil yolları boyu velosiped zolağı və səkilər nəzərdə tutulmalıdır.

Heftelik.az-ın məlumatına görə, bu, “Sənaye müəssisələrinin baş planları. Layihələndirmə normaları”nda əksini tapıb.

Velosiped zolaqlarının layihələndirilməsi velosiped (moped) hərəkətinin intensivliyi 250 vah/sut-dan və boyunca velosiped zolağı layihələndirilən avtomobil yolunda avtomobillərin hərəkət intensivliyi 2000 avt/sut-dan çox olduqda nəzərdə tutulur .