İsmayıllıda zəlzələ oldu

31 Yanvar 2025, 09:00

İsmayıllı rayonunda zəlzələ olub.

Respublika Seysmoloji Xidmət Mərkəzindən Heftelik.az-a verilən məlumata görə, yerli vaxtla 05:18-də İsmayıllı stansiyasından 22 km şimalda, İsmayıllı rayonunda 3 maqnitudalı zəlzələ qeydə alınıb.

Zəlzələnin ocağı 9 km dərinlikdə yerləşib.

Zəlzələ hiss olunmayıb.