İstehsalat obyektlərinin ərazilərinə girişlərin eni nəqliyyat və mühəndis kommunikasiyasının və abadlaşdırma elementlərinin ən yığcam yerləşməsi şərtindən minimal qəbul edilməlidir.

Heftelik.az-ın məlumatına görə, bu, “Sənaye müəssisələrinin baş planları. Layihələndirmə normaları”nda əksini tapıb.

Girişdə bir avtomobil yolu nəzərdə tutulmalıdır. Bir girişdə iki avtomobil yolunun nəzərdə tutulmasına aşağıdakı hallarda yol verilir:

  1. a) bir avtomobil yolunun girişlərlə örtük sahəsi, iki avtomobil yollarının girişlərlə örtük sahəsinə bərabər və ya çox olduqda;
  2. b) istehsalat binalarına relssiz nəqliyyat vasitəsinin girişini təmin etmək üçün müxtəlif səviyyəli yolların qurulmasını tələb edən obyektin torpaq sahəsinin ərazisi mürəkkəb relyefli olduqda.