İstehsalat obyektlərinin torpaq sahəsinin tikinti əmsalı (%), tikinti sahəsinin dəmir yolu döngələrinin, rels izlərinin tutduğu sahə də daxil olmaqla hasarda obyektin ümumi sahəsinə (və ya hasar olmadıqda onun şərti sərhədlərində) nisbəti kimi müəyyən olunur.
Heftelik.az-ın məlumatına görə, bu, “Sənaye müəssisələrinin baş planları. Layihələndirmə normaları”nda əksini tapıb.
Tikinti sahəsi talvarlar, açıq texnoloji, sanitar-texniki, enerji və digər qurğular, estakada və qalereyalar, yükləmə-boşaltma qurğuları, yeraltı qurğular (üzərində bina və qurğuların yerləşdirilməsi mümkün olmayan rezervuarlar, yeraltı anbarlar, sığınacaqlar, tunellər), həmçinin avtomobillərin, maşın, mexanizmlərin açıq dayanacaqları və müxtəlif təyinatlı açıq anbarlar (o şərtlə ki, dayanacaq və anbarların ölçüləri və avadanlıqları müəssisələrin texnoloji layihələndirilmə normaları üzrə qəbul edilir) daxil olmaqla bütün növ bina və qurğuların altındakı torpaq sahələrinin cəmi kimi müəyyən edilir.