Obyektlərin ərazilərində qapalı yağış kanalizasiyası sistemi nəzərdə tutulmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Sənaye müəssisələrinin baş planları. Layihələndirmə normaları”nda əksini tapıb.
İstehsalat obyektlərinin ərazilərində açıq sukənarlaşdırma sisteminin tətbiqi zərurəti olduqda trapesional kəsikli küvet və arxların ən kiçik ölçüləri: dibi üzrə eni 0,3 m, dərinliyi 0,4 m qəbul olunmalıdır. Tezalışan və yanar mayelərlə, maye qazlarla, zəhərli maddələrlə rezervuar parkları və ya ayrıca duran rezervuarlar, bina və qurğulara nəzərən ən aşağı səviyyədə və TNvəQ II-106-ya müvafiq yanmayan bütöv divarlarla və ya tökmə torpaqla (yerin relyefi nəzərə alınmaqla) əhatə olunmalıdır.