Bu gün SOCAR Aralıq dənizində ən böyük dəniz qaz ehtiyatlarından birinə malik olan Tamar yatağında 10% effektiv səhm payının əldə edilməsi üçün “Union Energy” şirkəti ilə müqavilə imzalayıb.
Heftelik.az-ın məlumatına görə, İsrail sahillərində yerləşən Tamar yatağı regionun əsas təbii qaz tədarükçüsü olub, enerji təhlükəsizliyi və iqtisadi artımda mühüm rol oynayır.
Bu, SOCAR-ın Aralıq dənizindəki layihələrə ilk böyük investisiyasıdır.
SOCAR enerji portfelini genişləndirmək üçün bütün dünyada strateji aktivlər axtarmağa davam edəcəyini də vurğulayır.