Ehtiyatda olan geri qaytarılmış hər hansı məhsul fərqləndirilməli və bu barədə qeydlər aparılmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Dərman vasitələrinin istehsalına, daşınmasına və saxlanmasına dair tələblər”də əksini tapıb.
Xəstələr tərəfindən apteklərə qaytarılmış dərman vasitələri anbarlara təhvil verilərkən digər məhsullarla qarışdırılmamalı və məhv edilməlidir. Materiallar və əczaçılıq məhsulları onların tamlığı qorunacaq və saxlanma şəraitinə əməl olunacaq şəkildə daşınmalıdır. Soyuq zəncirin qorunması məqsədi ilə quru buzdan istifadəyə xüsusi diqqət yetirmək lazımdır.