İnkişaf edən təhlükəli geoloji və mühəndis-geoloji proseslərin, sürüşmələrin, dağ-mədən işlərinin, sel axınlarının və qar uçqunlarının təsirindən yer səthinin çökdüyü və ya dağıldığı (uçqun) sahələrdə AzDTN 2.3-3-ün və AzDTN 2.3-2-nin tələblərinə müvafiq tədbirlər təmin olunmaqla obyektlərin yerləşdirilməsinə yol verilir.

Heftelik.az-ın məlumatına görə, bu, “Sənaye müəssisələrinin baş planları. Layihələndirmə normaları”nda əksini tapıb.

Sürüşməyə məruz qalmış və aktivlik dərəcəsindən asılı olmayaraq sürüşmə prosesi gedən torpaqlarda relyefin mailliyindən asılı olaraq mühəndis-texniki və kənd təsərrüfatı işlərinin aparılmasına “Ekzogen geoloji proseslərə məruz qalmış torpaqlarda mühəndis-texniki və kənd təsərrüfatı işlərinin aparılmasına icazə verilməsi Qaydası”na müvafiq yol verilir.