Yeraltı mühəndis kommunikasiyaları ümumi kanalda paralel yerləşdirilməlidir, bu halda mühəndis kommunikasiyaları arasında, həmçinin kommunikasiyalardan bina və qurğuların bünövrələrinə məsafələr bu şəbəkədə kameralarının, quyuların və digər qurğuların yerləşməsindən və ölçülərindən, şəbəkənin təmiri və quraşdırılma şərtlərindən asılı olaraq minimal yol verilən ölçülərdə qəbul olunmalıdır.

Heftelik.az-ın məlumatına görə, bu, “Sənaye müəssisələrinin baş planları. Layihələndirmə normaları”nda əksini tapıb.