ABŞ-da “Learjet 55” tipli tibb sanitar təyyarə qəzaya uğrayıb.

Heftelik.az-ın ABC-yə istinadən verdiyi xəbərə görə, təyyarə Pensilvaniya ştatında Filadelfiya şəhərindən Missuri ştatına uçurmuş.

Göyərtəsində iki pilot, iki həkim, xəstə və qohumunun olduğu təyyarə havaya qalxdıqdan 30 saniyə sonra radardan itib.

Təyyarənin qəzaya uğramasından sonra Filadelfiya şəhərində Ruzvelt bulvarında bir neçə evdə yanğın başlayıb. Filadelfiya  Yanğın Xidməti təyyarə qəzaya uğrayan zonada evlərdə çoxlu sayda yanğın olduğunu bildirib.