Bakı-Quba Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Siyəzən rayonu ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.
Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, Bakı-Xudat reysi üzrə hərəkət edən avtobus yük avtomobili ilə toqquşub.
Avtobusda 51 sərnişin olub. Qəza nəticəsində sərnişinlərdən biri xəsarət alıb. O, təcili tibbi yardım avtomobili vasitəsilə xəstəxanaya aparılıb.
Sərnişin avtobusuna da ciddi ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.