Rusiyada fevralın 5-dən etibarən daxili işlər orqanlarına ölkə ərazisində qeyri-leqal yaşayan miqrantların məhkəmə qərarı olmadan deportasiya etməyə imkan verən qanun qüvvəyə minəcək.
Heftelik.az-ın məlumatına görə, bu barədə Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin “Teleqram”da paylaşım edib.
Həmin tarixdən miqrasiya qanunvericiliyinin pozulması səbəbindən əcnəbilərə cərimələrin tətbiqinə də başlanılacaq.
Vyaçeslav Volodin ölkəyə giriş-çıxış qaydalarının pozulmas, habelə adları xüsusi nəzarət altında olan əcnəbilərin, eləcə də Rusiya ərazisində qeyri-qanuni yaşayan şəxslərin olduqları yer barədə polisi məlumatlandırmasının vacibliyini də vurğulayıb.
Qeyd edək ki, bu qaydalara əməl etməyənlər Rusiyada mənzil və ya avtomobil almaq, kredit üçün banklara müraciət etmək, nikaha daxil olmaq, habelə ölkə ərazisində sərbəst hərəkət hüququndan məhrum olunacaq.
Xatırladaq ki, Rusiya xeyli azərbaycanlı miqrant var.