Şəmkir rayonunda intihar hadisəsi baş verib.
Heftelik.az-ın Qafqazinfo-ya istinadən verdiyi məlumata görə, İrmaşlı kənd sakini, 2009-cu il təvəllüdlü M.Məsimov yaşadığı ünvanda özünü asaraq intihar edib.
16 yaşlı yeniyetmənin hansı səbəbdən bu addımı atdığı məlum deyil.
Faktla bağlı Şəmkir rayon Prokurorluğunda araşdırma aparılır.