Aktiv təsiredici SUBSTANSİYA

03 Fevral 2025, 01:25

Aktiv təsiredici substansiya xəstəliklərin müalicəsi, diaqnostikası, zəiflədilməsi və ya qarşısının alınması, həmçinin orqanizmin struktur və funksiyasına təsir edən, farmakoloji fəallığa malik və ya digər birbaşa təsir göstərən, dərman formasının istehsalı üçün nəzərdə tutulan və istehsal edildikdən sonra dərman vasitəsinin aktiv təsiredici substansiyasına çevrilən hər hansı maddənin və ya maddələrin qarışığıdır.

Heftelik.az-ın məlumatına görə, bu, “Dərman vasitələrinin topdansatışına dair tələblər”də əksini tapıb.